AZ

Kiyev raket və dronlarla hücum edilib

Kiyev, 24 yanvar, AZƏRTAC

Rusiya ordusu gecə saatlarından başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumuna başlayıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilir, hava hücumundan müdafiə sistemləri aktiv işə düşüb. Hava zərbələri zamanı dron və raketlərdən istifadə edilir.

Kiyev şəhər Hərbi Administrasiyası hava hücumlarının əsas hədəfinin enerji və kritik infrastrukturlar olduğunu açıqlayıb.

Qeyd edək ki, yanvarın əvvəlindən Kiyev şəhəri və vilayətinin enerji infrastrukturlarına endirilən silsiləvi hava zərbələri nəticəsində Ukrayna paytaxtının enerji təminatında fövqəladə vəziyyət yaranıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
83
azertag.az

1Mənbələr