AZ

Advokat ona niyə "türk əclaf deyib"?

“Zenit-2”-nin sabiq qapıçısı Vladimir Muxin “Zenit”in sabiq futbolçusu Fatih Təkkə ilə Sankt-Peterburq klubunun keçmiş baş məşqçisi Dik Advokatın münasibəti haqda danışıb.

Publika.az xəbər verir ki, Muxin bu barədə “Match TV”yə bildirib.

– Bir dəfə Təkkənin ehtiyat komandaya necə göndərdiklərini xatırlayıram.

– Nə üçün?

– Bir matçda Fatih oyunun bitməsinə beş dəqiqə qalmış meydana çıxmaqdan imtina etdi. Ertəsi gün məni bərpa məşqinə çağırdılar. Advokat bütün komandanı meydana topladı və Təkkənin davranışına görə ehtiyat oyunçular komandasına keçirildiyini bildirdi. O, çox sərt danışdı, qəzəbli idi. Tərcüməçi sözlərini bacardığı qədər yumşaltdı, mümkün qədər sakitcə tərcümə etdi, amma Təkkəyə ünvanlanan bir təhqiri heç cür yumşalda bilmədi.

Seçilən
50
1
publika.az

2Mənbələr