AZ

Rusiya tankeri Aralıq dənizində nəzarətsiz qalıb 730 min barrel neft daşıyır...

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın “kölgə donanması”na aid olan və əvvəllər Panama bayrağı altında üzən, sonradan isə Rusiya bayrağına keçən tanker Aralıq dənizində “idarəetmədən məhrum” vəziyyətdə drift edir.

“AzPolitika” bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, söhbət “Proqress” adlı tankerdən gedir. Gəmi Rusiya bayrağı altında 730 min barrel “Urals” markalı Rusiya nefti ilə Misirin Port-Səid limanına doğru hərəkət edirmiş. Tankerin sahibi olan şirkət Sankt-Peterburqda qeydiyyatdan keçib.

MarineTraffic xidmətinin məlumatına görə, qeydiyyat nömrəsi 9306627 olan “Proqress” Əlcəzair sahilləri yaxınlığında drift edir. Buna səbəb gəminin ötürücüsünün statusunun “idarəetmədən məhrum” kimi dəyişməsi olub. Tanker Leninqrad vilayətində yerləşən və Baltik Boru Kəməri Sisteminin son nöqtəsi sayılan Primorsk limanından yola çıxıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən əvvəl tanker “Huanxe” adlanır və Panama bayrağı altında üzürdü. Gəmi əvvəlki adı ilə 2025-ci ilin yazında Böyük Britaniya, Avstraliya, Ukrayna, Kanada, İsveçrə və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. ABŞ isə tankerlə bağlı sanksiya tətbiq etməyib.

Sanksiyaların təsvirində bildirilir ki, tanker Misir sahilləri yaxınlığında dənizdə neftin başqa bir sanksiya altındakı “kölgə donanması” gəmisinə ötürülməsi zamanı müşahidə olunub. Sənədlərdə qeyd edilir ki, gəmi Baltik və Qara dəniz limanlarından Rusiya nefti və neft məhsullarının ixracında iştirak edib, o cümlədən “çaşdırıcı və yüksək riskli praktikalardan” istifadə olunub.

Məlumata görə, cümə axşamı Fransa Aralıq dənizində “kölgə donanması”na aid bir tankeri saxlayıb. Daha əvvəl isə ABŞ Venesueladan çıxan bir neçə “kölgə donanması” tankerini, o cümlədən yol boyu bayrağını Rusiya bayrağı ilə əvəz edən Marinera tankerini saxlamışdı. Rusiya tərəfi bu cür addımları “piratlıq” adlandırır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
azpolitika.info

1Mənbələr