AZ

“Şəfa”da mənə haqsızlıq edildi” – Amil Yunanov narazı ayrılıb

Bu yaxınlarda “Şəfa”nın 4 təcrübəli futbolçu ilə yollarını ayırdığını yazmışdıq. Bunlar Amil Yunanov, Amir Ebrahimzadə, Ədilxan Qarəhmədov və Seymur Rəhimov idi.

Bilindiyi kimi, Amilin zəngin premyer-liqa təcrübəsi var. O, karyerası ərzində “Qəbələ”, “Neftçala”, “Rəvan”, “Sumqayıt”, “Kəpəz”, “Şamaxı” və “Səbail”də forma geyib, hətta Albaniya “Bülis”ində legioner həyatı yaşayıb. Buna rəğmən, “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli futbolçunun onları qane etmədiyini dedi.

Maraqlıdı, bəs, Yunanov niyə 1-ci liqa komandasında qans qazanmaqda çətinlik çəkdi?
Amilin “Football-plus.az”a açıqlaması:
“Onu deyə bilərəm ki, “Şəfa”da mənə haqsızlıq edildi. O səviyyədə futbolçu deyiləm ki, 1-ci liqa komandasında şans qazanmayım. Bəzi səbəblər var idi. Mənə qarşı bəzi addımlar atıldı ki, düzgün deyildi. Belədə bu klubda qalmağın mənası yox idi. Bu üzdən rəhbərliklə danışıb ayrılmağa qərar verdiyimi bildirdim”.
Xatırladaq ki, Amil artıq başqa 1-ci liqa iştirakçısı olan “Mingəçevir”lə anlaşıb. Onun yeni komandasıyla müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi.

KƏNAN BAHADIR
Seçilən
88
football-plus.az

1Mənbələr