AZ

İndoneziyada torpaq sürüşməsi - Ölənlərin sayı artdı

İndoneziyanın Qərbi Yava əyalətində baş verən torpaq sürüşməsi zamanı ölənlərin sayı 10-a çatıb.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 89 nəfər itkin düşmüş sayılır.
***09:49
İndoneziyada baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.
ONN media-nın məlumatına görə, "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib, 82 nəfər isə itkin düşüb. Hadisə Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda qeydə alınıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
103
1
onn.az

10Mənbələr