AZ

Şəkər və qənnadı məmulatlarının ixracı artdı

2025-ci ildə Azərbaycan 63 milyon 110.41 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. İxrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 59,32% artıb. Hesabat dövründə Azərbaycana 255 milyon 725.61 min ABŞ dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə 7,74% artım deməkdir.

Ötən il şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ümumi ixracın 0,25%-ni, idxalı isə ümumi idxalın 1,05%-ni təşkil edib.

Seçilən
76
3
metbuat.az

5Mənbələr