AZ

3 mağazanı talayan “muşketyor”lar tutuldu

Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağaza talanıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, ümumilikdə 2300 manat pul oğurlanıb.

Oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan A. Qurbanov, Ü. Şərifov və S. Kərimov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhəri ərazisində yerləşən ayrı-ayrı iki marketdən də nağd pul, tütün məmulatı və digər məhsulları taladıqları məlum olub.

Faktlar üzrə araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
28
7
yenisabah.az

6Mənbələr