AZ

Ötən il FHN 11 müəssisənin bu fəaliyyətini məhdudlaşdırıb - AÇIQLAMA

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji FəaliyyətinTənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində11 müəssisədə ionlaşdırıcı şüalanma mənbələrinin istismarıməhdudlaşdırılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə HallarNazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, inzibati xətanın əlamətləri aşkar olunduğu üçünAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiqmaddələri ilə 107 inzibati xəta haqqında protokol tərtibedilib.

Qeyd edək ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilənaşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədarfəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusiicazənin verilməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyatakeçirilir:

  • ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədarelmi-tədqiqat və təcrübi-konstruktor işləri;
  • ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktivmaddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılaranbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi,inşası, istismarı və istismardan çıxarılması;
  • həmin qurğular, məntəqələr və anbarlar üçün texnolojiavadanlığın, radiasiya təhlükəsizliyi vasitələrininlayihələşdirilməsi və hazırlanması;
  • radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli vəhəmin maddələrdən istifadə ilə əlaqədar işlər.
Məqalədə:
Seçilən
19
4
az.trend.az

5Mənbələr