AZ

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Misli Premyer Liqasının XVII turunda daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, "Şamaxı" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Şamaxı şəhər stadionunda oynanılan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahibləri 20 xalla 8-ci, qonaqlar isə 11 xalla 10-cu yerdədir.

Günün son matçında "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"lə üz-üzə gələcək.

Oyun saat 16:30-da start götürəcək.

Ağdam klubu 36 xalla 2-ci, Gəncə təmsilçisi isə 9 xalla 11-ci sıradadır.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) bərabərə qalıb.

Tura yanvarın 25-də yekun vurulacaq.

Seçilən
24
50
azertag.az

10Mənbələr