Misli Premyer Liqasının 17-ci turunda "Şamaxı" "Qəbələ"ni qəbul edib.
“İki sahil” yazır ki, yarışın 45-ci dəqiqəsində D.Massumo hesabı açıb. 46-cı dəqiqədə isə İ.Amoah Qəbələ təmsilçisinin üstünlüyünü iki topa yüksəldib. 81-ci dəqiqədə İ.Akinadenin, 90+4-cü dəqiqədə isə F.İsgəndərovun verduğu qollarla “Qəbələ” “Şamaxı” üzərində 0-4 hesablı qələbəni təmin edib.
Misli Premyer Liqası,
17-ci tur
24 yanvar (şənbə)
14:00. “Şamaxı” 0–4 “Qəbələ”
Qollar: D.Massumo, 45 (0:1), İ.Amoah, 46 (0:2), İ.Akinade, 81 (0:3), F.İsgəndərov, 90+4 (0:4)
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”