AZ

Paşinyan musiqi qrupu yaratdı və vətəndaşları konsertə dəvət etdi – FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan öz musiqi qrupunu yaradıb və vətəndaşları konsertə dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, kollektiv “Varçabend” adlanır. Qrupun adı erməni dilində “baş nazir” sözünün ilk iki hecası və “band” (qrup) sözünün birləşməsindən yaranıb.

Paşinyan yanvarın 16-da sosial şəbəkə hesabında bildirib ki, musiqi qrupunun ilk çıxışı yanvarın 30-da İrəvanda baş tutacaq. Onun sözlərinə görə, konsertin keçiriləcəyi məkan daha sonra açıqlanacaq və tədbirdə yalnız əvvəlcədən qeydiyyatdan keçən şəxslər iştirak edə biləcək.

“Rəqs meydançasına dəvət edirəm. Biz çalırıq, siz rəqs edirsiniz”, – deyə Paşinyan paylaşımında qeyd edib.

Seçilən
150
8
nocomment.az

10Mənbələr