AZ

"Tottenhem" Endi Robertsonun transferində israrlıdır

"Tottenhem" gözünü "Liverpul"un təcrübəli müdafiəçisinə dikib.

Fanat.Az xəbər verir ki, London təmsilçisi Endi Robertson üçün "mersisaydlılar"a rəsmi təklif göndərməyə hazırlaşır.

"Şporlar"ın bu transfer üçün təxminən 3 milyon funt-sterlinq və əlavə bonuslar ödəməyə hazır olduğu bildirilir.

Sol cinah müdafiəçisinin Premyer Liqadakı böyük təcrübəsi baş məşqçinin marağına səbəb olan əsas amillərdən biridir.

Seçilən
37
fanat.az

1Mənbələr