AZ

Avtomobil piyadanı vuraraq öldürdü

Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bakıvaxtı.az "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1981-ci təvəllüdlü İsmayılov Taleh Teyyub oğlu yolu keçmək istəyən zaman avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
7
bakivaxti.az

8Mənbələr