AZ

Şirvanda 36 yaşlı şəxs toyda tanımadığı şəxs tərəfindənBIÇAQLANDI

Şirvanda 36 yaşlı şəxs bıçaqlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Köhnə şəhər massivində qeydə alınıb.

Məlumata əsasən, şadlıq saraylarından birində keçirilən toy mərasimindən çölə çağırılan Şirvan sakini, 1990-cı il təvəllüdlü Mahir Habil oğlu Ədilov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən qarın boşluğuna nüfuz edən bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
109
21
redaktor.az

10Mənbələr