AZ

"Aston Villa"nın yetirməsi "Turan Tovuz"da - RƏSMİ

"Turan Tovuz" klubu İngiltərə "Aston Villa"sının yetirməsi olan Coş Cinnellini transfer edib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı hücumçu ilə 1,5+1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Cinelli son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinib. Karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.

Seçilən
91
5
fanat.az

10Mənbələr