AZ

Bundesliqa: “Bayern”ə ilk məğlubiyyəti “Auqsburq” yaşatdı – ARENA.AZ

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

“Bayer” doğma meydanda “Verder”ə, “Maynts” isə “Volfsburq”a qalib gəlib. “Ayntraxt” evdə “Hoffenhaym”a, “Haydenhaym” “Leypsiq”ə, “Union Berlin” isə Dortmund “Borussiya”sına uduzub.

Tur lider “Bayern” üçün də uğursuz alınıb. Doğma meydanda “Auqsburq”la qarşılaşmış Münhen nəhəngi cari mövsümdə ilk məğlubiyyətinə üzülüb.

19-cu turun qalan görüşləri yanvarın 25-də keçiriləcək.

Almaniya, Bundesliqa
19-cu tur
23 yanvar

Sankt Pauli – Hamburq 0:0

24 yanvar

Bayer – Verder 1:0
Qollar: Lukas, 37.

Bayern – Auqsburq 1:2
Qollar: İto, 23 – A.Çaves, 75. Massenqo, 75.

Ayntraxt – Hoffenhaym 1:3
Qollar: Kalimuendo, 18 – Moerstedt, 52. O.Kabak, 60. Amenda, 65-öz qapısına.

Haydenhaym – Leypsiq 0:3
Qollar: Baku, 62. Nusa, 68. Raum, 70.

Maynts – Volfsburq 3:1
Qollar: Tiets, 68. Bell, 73. Amiri, 83-pen – Amura, 3.

Union Berlin – Borussiya (Dortmund) 0:3
Qollar: E.Can, 10-pen. Şlotterbek, 53. Beyer, 84.

25 yanvar

18:30. Borussiya (Mönhenqladbax) – Ştutqart
20:30. Frayburq – Köln

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
28
6
arena.az

10Mənbələr