AZ

Lorentso Venturino “Roma”da – ARENA.AZ

İtaliyanın “Cenoa” klubunun cinah hücumçusu, italiyalı futbolçu Lorentso Venturino bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Canavarlar” 19 yaşlı vingeri “Cenoa”dan satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürüb. Keçidin maliyyə detalları barədə ətraflı məlumat verilmir.

Qeyd edək ki, Lorentso Venturino “Cenoa”nın yetirməsidir. 19 yaşlı vinger bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. O, Genuya təmsilçisinin heyətində bütövlükdə 11 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

İtaliyanın U-19 yığmasında da oynamış Venturino 2025-ci ildən U-21-də çıxış edir.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
76
9
arena.az

10Mənbələr