AZ

“Liverpul” “Qarabağ”la oyundan öncə uduzdu

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olacaq “Liverpul” səfərdə “Bornmut”la qarşılaşıb. İlk hissədə qapısında ardıcıl iki qol görən “qırmızılar” sona yaxın hesabı bərabərləşdirsələr də, məğlubiyyətdən qaçmaq mümkün olmayıb. 

“Bornmut” - “Liverpul” - 3:2
Qollar
: Evanilson, 26 (1:0), Ximenez, 33 (2:0), van Dayk, 45 (2:1), Sobaslai, 80 (2:2), Adli, 90+5 (3:2)

İngiltərə Premyer Liqasında ardıcıl 5-ci matçda qələbəyə həsrət qalan (4 heç-heçə, 1 məğlubiyyət) “Liverpul” hazırda 36 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “qırmızılar” növbəti oyununu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə 00:00-da "Enfild Roud”da “Qarabağ”a qarşı keçirəcək. 

Seçilən
185
3
teleqraf.com

4Mənbələr