AZ

Salyanda zəncirvari qəza: 7 nəfər yaralandı

Salyanda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Ələt-Astara avtomobil yolunun Salyan ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə yerinə təcili tibbi yardım heyəti cəlb edilib və yaralılar xəstəxanaya təxliyə olunub.

Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1 qadın, 6 kişi) Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri stabildir.

Seçilən
171
11
unikal.az

10Mənbələr