AZ

Sumqayıtda sürücü sükan arxasında öldü

Sumqayıtda sürücü sükan arxasında ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı–Quba avtomobil yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsünün halı anidən pisləşib və o, maşını yol kənarına çəkib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sükan arxasında sürücünün meyiti aşkarlanıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

Seçilən
85
15
ucnoqta.az

10Mənbələr