Azərbaycan Premyer Liqasının XVII turunda “Sabah” doğma meydanda “Karvan-Yevlax”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda görüşə itkilərlə çıxacaq. “Sabah”da zədəli olan Pavel Şafrankonun oynamayacağı dəqiqdirsə, Zineddin Xaledlə Mikelsin meydana çıxıb-çıxmayacağı sual altındadır.
“Karvan Yevlax”da isə İmani Barkerlə Araz Abdullayev cəza səbəbindən görüşü kənardan izləyəcək. Süleyman Əhmədov isə zədəlidir.
Xatırladaq ki, “Sabah” – “Karvan-Yevlax” oyunu bu gün saat 18:30-da start götürəcək.