“Napoli” heyətini yeni oyunçu ilə gücləndirib.
NOCOMMENT.az xəbər verir ki, Neapol təmsilçisi Covane Santananın transferini açıqlayıb.
“Napoli” bu transfer üçün “Verona”ya 20 milyon avro ödəyəcək. 22 yaşlı mərkəz hücumçusu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, bu mövsüm braziliyalı futbolçu A Seriyasında 21 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.