AZ

“Kəpəz”dən 100-cü səfər qələbəsi

“Kəpəz” ölkə çempionatlarının yüksək dəstəsində 100-cü səfər qələbəsini qazanıb. Bu, Misli premyer-liqasının 17-ci turuna təsadüf edib.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”la qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. “Kəpəz” 100-cü səfər qələbəsini rəqib meydanlarındakı 346-cı qarşılaşmada əldə edib.

“Kəpəz” bu göstəricidə 4-cü nəticəyə malikdi. Yalnız “Qarabağ” (239), “Neftçi” (232) və “Şamaxı” (123) səfərdə daha çox qələbə qazanıb.

Qeyd edək ki, “Kəpəz” rəqib meydanındakı ilk qələbəsini 1992-ci il iyunun 13-də “Plastik”lə matçda əldə edib – 3:0.

Seçilən
102
6
football-plus.az

7Mənbələr