Bu gün keçiriləcək iki oyunla Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən görüşdə Kurban Berdiyevin yetirmələri qalib gəlib – 2:1.
Bu nəticənin ardından “Turan Tovuz” 30 xalla 3-cü pillədə qərarlaşıb. “Sumqayıt” isə 27 xalla 5-cidir.
16:00. “Turan Tovuz” – “Sumqayıt” – 2:1
Qol: Hayderson Hurtado, 13, (1:0), Hayderson Hurtado, 61-avtoqol (1:1), Rəhim Sadıxov, 69 (2:1)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Zöhrab Abbasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu