AZ

Türkiyəli futbolçu İtaliyada növbəti qolunu vurdu

İtaliyada ilk mövsümünü keçirən Semih Kılıçsoy yüksəlişini davam etdirir.

"Football-plus.az" xəbər verir ki, müqavilə ilə ''Beşiktaş''a məxsus olan və icarə əsasında ''Kalyari''nin şərəfini qoruyan gənc futbolçu adaptasiyanı tamamladıqdan sonra qolları sıralamağa başlayıb.

''Kalyari'' İtaliya çempionatının 22-ci turunda ''Fiorentina''nın qonağı olub. Sardiniyalılar 2:1 üstün olublar və qələbənin əsasını məhz Semih qoyub.

20 yaşlı forvard 31-ci dəqiqədə cinah asmasını dəqiq baş zərbəsi ilə tamamlayıb. Top yolüstü müdafiəçiyə də dəyərək De Xeanın qoruduğu qapıya daxil olub. Kılıçsoy 71 dəqiqə meydanda olub və A seriyasında 13-cü qarşılaşmasında 3-cü qolunu vurub. Mövsümdə 6-cı qələbəsini qazanan və xalını 25-ə yüksəldən ''Kalyari'' 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu klub mövsümün sonunda Semihi daimi əsasda transfer etmək istəsə, ''Beşiktaş''a 12 milyon avro ödəməli olacaq.

Seçilən
109
1
football-plus.az

2Mənbələr