AZ

"İlk qoldan sonra qanadlarımı açdım"

İspaniya La Liqasının növbəti turunda “Barselona” “Ovyedo” klubunu 3:0 hesabı ilə məğlub edib. Maraqlıdır ki, bütün qollar ikinci hissədə vurulub.

90deqiqe.Az-ın məlumatına görə,“Barselona”nın baş məşqçisi Xansi Flik oyundan sonra komandasının çıxışını belə şərh edib:

“Komandadan məmnunam, xüsusilə ikinci hissədə. Birinci hissə o qədər də asan keçmədi. İlk qol çox vacib idi, çünki ondan sonra sevimli oyun üslubumuzu sərbəst şəkildə göstərə bildik”, – deyə Flik klubun rəsmi saytına açıqlamasında bildirib.

Bu qələbə ilə “Barselona” La Liqada liderliyini qoruyub. Növbəti turda kataloniyalılar yanvarın son günü səfərdə “Elçe” ilə qarşılaşacaq.

Seçilən
67
90deqiqe.az

1Mənbələr