AZ

Avstraliyada dinqo sürüsü məhv ediləcək

ain.az, 525.az portalına istinadən məlumat verir.

K'qari adasında yerli hakimiyyət dinqo sürülərinin birinin məhvi barədə qərar qəbul edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi qurumların saytında məlumat yerləşdirilib.

Bu qərara səbəb bir neçə gün əvvəl dinqo sürüsünün Pamper Ceyms adlı 19 yaşlı kanadalı turistin ölümünə səbəb olmasıdır. 

Hadisədən sonra bir qrup ekspert adadakı dinqo sürülərini izləyib və onlardan birinin insanlar üçün real təhlükə yaratdığı barədə rəy veriblər. Güman ki, məhz həmin sürü turistə hücum edib. 

Qeyd edək ki, hazırda K'qaridə 200 başa yaxın dinqo məskunlaşıb. Yerli sakinlər sürü halında yaşayan vəhşi itləri müqəddəs heyvan kimi qəbul edirlər.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
525.az

1Mənbələr