AZ

İsrail Trampın planı çərçivəsində “Rəfah” keçid məntəqəsini açacaq

BAKI, 26 yanvar. TELEQRAF

İsrail Trampın planı çərçivəsində Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsini məhdud rejimdə və tam nəzarəti altında açacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

Bildirilir ki, keçid məntəqəsinin fəaliyyəti İsrail tərəfinin tam nəzarəti altında həyata keçiriləcək.

Qeyd olunub ki, “Rəfah” keçid məntəqəsinin açılması ABŞ Prezidenti Donald Trampın bölgə ilə bağlı irəli sürdüyü plan çərçivəsində nəzərdə tutulur. Məntəqənin hansı tarixdə və hansı şərtlərlə fəaliyyətə başlayacağı ilə bağlı əlavə detallar açıqlanmayıb.

Məlumatda qərarın təhlükəsizlik baxımından zəruri olduğu vurğulanır.

Seçilən
87
teleqraf.com

1Mənbələr