AZ

Sığorta puluna görə maşını hasara ÇIRPDI – Sürücülük hüququndan MƏHRUM EDİLDİ – VİDEO

Sürücü sığorta pulu almaq üçün maşını iki dəfə hasara çırpıb və sürücülük hüququndan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Belarusun Mogilyov vilayətində 29 yaşlı sürücü sığorta şirkətindən pul qoparmaq istəyərkən başına iş açıb.

O, idarəetməni itirərək avtomobili metal hasara çırpıb, lakin sonra hadisə yerindən qaçıb.

Daha sonra sürücü öyrənib ki, Dövlət Yol Polisi İdarəsindən (QAİ) arayış olmadan ona tam kompensasiya ödənilməyəcək.

Bu səbəbdən həmin şəxs hadisə yerinə geri qayıdıb və sığorta ödənişini almaq üçün maşını bilərəkdən yenidən hasara vurub.

Lakin ərazidəki müşahidə kameraları baş verənləri qeydə alıb.

Nəticədə kələk işlətmək istəyən sürücü iki il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
36
interpress.az

1Mənbələr