AZ

ABŞ-də milyondan çox istehlakçı qar fırtınası səbəbindən elektriksiz qalıb - YENİLƏNİB-2

ABŞ-yə dağıdıcı təsir göstərən qar fırtınası səbəbindən 1 milyondan çox elektrik istehlakçısı işıqsız qalıb.

"Report" xəbər verir ki, bunu "PowerOutage" monitorinq resursunun məlumatları göstərir.

Məlumata görə, 1 018 477 ev təsərrüfatında elektrik kəsintiləri qeydə alınıb. Ən ciddi elektrik kəsintiləri Tennessi ştatında baş verib, burada 300 000-dən çox abonent elektriksiz qalıb. Texas, Luiziana, Alabama və Corciya da daxil olmaqla cənub-şərqdə əhəmiyyətli elektrik kəsintiləri müşahidə olunur.

Ümumilikdə 23 ştat fövqəladə vəziyyət elan edib, "NBC News"un məlumatına görə, şiddətli hava xəbərdarlıqları 185 milyon ABŞ sakininə təsir edib. Yanvarın 25-də ölkə daxilində 10 000-dən çox uçuş ləğv edilib. Prezident Donald Tramp yanvarın 23-də ölkənin fövqəladə xidmətlərinin gözlənilən rekord həddə çatan soyuq və qar fırtınalarına hazır olduğunu bildirib.

ABŞ-də qış fırtınası səbəbindən elektrik təchizatı olmayan abunəçilərin sayı dayanmadan artır.

"Report" xəbər verir ki, bu, "Poweroutage" saytının məlumatlarından bəlli olur.

Belə ki, 739 min 168 ev elektriksiz qalıb, o cümlədən Tennessi ştatında 253 min 160, Texasda 132 min 930, Luizianada 119 min 751 və Missisipidə 119 min 469 ev bu problemlə üzləşib. Ümumilikdə 37 ştat zərər çəkib.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatlarına görə, güclü qar yağıntısı, yaş qar və dolu təxminən 180 milyon insana - əhalinin yarısından çoxuna təhlükə yaradır.

Eyni zamanda, hava şəraiti səbəbindən 9,6 mindən çox aviareysin ləğvi gözlənilir.

ABŞ-də qar fırtınası fonunda 230 mindən çox abunəçi işıqsız qalıb.

"Report"un "Poweroutage" saytının göstəricilərinə istinadən məlumatına görə, ümumi kəsinti sayı 230 327 olub. Ən çox elektrik kəsintisi Luiziana (66 838), Missisipi (63 559) və Texas (48 839) ştatlarında qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, Şərqi Texasdan Şimali Karolinaya qədər olan bölgədə güclü qar yağışı və təhlükəli buzlanma gözlənilir. Ən azı 21 ştatda fövqəladə vəziyyət elan olunub.

Seçilən
94
19
far.az

10Mənbələr