Bakı.Trend:
Bakıda oğul anasını öldürüb.
Bu barədə Trend-ə faciə baş verən ailənin yaxınları məlumatverib.
Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11radələrində Maştağa südçülük sovxozunda Emil Ağayev Emil Xanlaroğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətləyetirib.
Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta birmüddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb.Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədənplanlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgəqayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının işyerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundansonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
Baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, şübhəliEmil Ağayev saxlanılıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işiaçılıb.