AZ

CNN: Meyn ştatında qar fırtınası zamanı biznes-jet qəzaya uğrayıb...

Bombardier Challenger 650 təyyarəsi Banqor aeroportundan qalxarkən qəzaya düşüb...

Poliqon xəbər verir ki, ABŞ-nin Meyn ştatında Bombardier Challenger 650 tipli biznes-jet qəzaya uğrayıb. CNN telekanalı mənbələrə istinadən bildirir ki, özəl təyyarə Banqor hava limanından havaya qalxan zaman yerə çırpılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə rəsmi məlumat açıqlanmayıb. Qəzanın dəqiq səbəbləri də hələlik məlum deyil, məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırmaya başlayıb.

Telekanalın məlumatına görə, qəza Meyn ştatında güclü qar fırtınasının hökm sürdüyü vaxta təsadüf edib. ABŞ-ın şimal-şərqində yerləşən ştatda hava temperaturu sıfırdan aşağı düşüb, intensiv qar yağışı və zəif görünmə şəraiti uçuşlar üçün ciddi risk yaradıb. Mütəxəssislər əlverişsiz hava şəraitinin aviasiya təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini istisna etmirlər.

Poliqon.info

Seçilən
140
poliqon.info

1Mənbələr