AZ

Bank of Baku-da fiziki şəxslərin depozitləri 25% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank of Baku-nun depozit portfeli 1 yanvar 2026-cı il tarixinə 740 milyon 257 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli illik müqayisədə 147 milyon 742 min manat və ya 24,9% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 669 milyon 360 min manat, hüquqi şəxslərin depozitləri isə 70 milyon 896 min manat təşkil edib. 

2025-ci ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitləri 134 milyon 164 min manat (25,1%), hüquqi şəxslərin depozitləri isə 13 milyon 577 min manat (23,7%) artıb. 

2024-cü ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 535 milyon 196 min manat və 57 milyon 319 min manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
90
27
banco.az

10Mənbələr