AZ

Kapital Bank-ın istehlak kreditləri portfeli 7%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 5 milyard 419 milyon 985 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 208 milyon 778 min manat və ya 4% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 3 milyard 135 milyon 750 min manat, biznes kreditləri portfeli 1 milyard 693 milyon 248 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 590 milyon 987 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 196 milyon 310 min manat və ya 6,7%, 26 milyon 790 min manat və ya 1,6%, 14 milyon 322 min manat və ya 2,4% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
0
1
banco.az

7Mənbələr