Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
AccessBank-ın kredit portfeli 31 dekabr 2025-ci il tarixinə 1 milyard 334 milyon 199 min manat təşkil edib.
Banco.az xəbər verir ki, bankın kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 182 milyon 649 min manat və ya 15,9% artıb.
Hesabat dövründə bankın istehlak kreditləri portfeli 289 milyon 169 min manat, biznes kreditləri portfeli 1 milyard 22 milyon 870 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 22 milyon 160 min manat təşkil edib.
Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 50 milyon 27 min manat və ya 20,9%, 120 milyon 990 min manat və ya 13,4%, 11 milyon 632 min manat və ya 2,1 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.