AZ

​Şəmkirdə dərədən meyit tapıldı

Şəmkir rayonunda dərədən meyit tapılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Zəyəm Cırdaxan kəndində baş verib.

Kənd sakini 1970-ci il təvəllüdlü Arif Nəbiyevin meyiti yaşadığı evin yaxınlığındakı dərədə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
53
1
metbuat.az

5Mənbələr