AZ

Bu səbəbə görə Azərbaycanda süni mayalanma təhlükə yaradır – Doğuşayardım Komissiyasının sədri

Bakı. Trend:

Reproduktiv sağlamlıq haqqında qanunun qəbul olunmaması, sünimayalanma sahəsində klinik protokolların olmaması bu sahədə ciddiboşluqlar yaradır və genefondun gələcəyi üçün risklərformalaşdırır.

Bunu Trend-əmüsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri TəranəRəcəbli bildirib.

Onun sözlərinə görə, donor olan şəxslər barədə ümumi məlumatbazasının yaradılması zəruridir:

“Azərbaycanda orqan transplantasiyası haqqında qanun mövcuddur.Bütün hüceyrələrin donorluğu və saxlanılması üçün müvafiq bankyaradılıb. Lakin süni mayalanma üçün donor hüceyrələrinsaxlanılması məqsədilə bank yoxdur. Bu, gələcəkdə genetikxəstəliklərin artmasına gətirib çıxara bilər. Bəzi özəlmüəssisələrdə folikul donorluğu həyata keçirilir, lakin bunun üçünhüquqi baza mövcud deyil. Burada donor olan insanların müayinəsiaparılırmı? Həmin müəssisələrdə folikul donoru olan qadınlar özorqanizmlərinə necə zərər vurduqlarının fərqində olmaya bilərlər.Bunu sadəcə pul qazanmaq yolu kimi seçənlər də var. Amma buprosesdə onlara nə qədər hormonal preparat yeridildiyini nəzərəalmırlar. Donor olan şəxslər barədə ümumi məlumat bazasınınyaradılması zəruridir”, - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
112
2
az.trend.az

3Mənbələr