AZ

Ötən il Çin–Azərbaycan istiqamətində yükdaşımalar 37 faiz artıb (FOTO)

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) sədri sədri Rövşən Rüstəmov Dünya Bankının (DB)Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru ÇarlzKormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend xəbərverir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcudvəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirəolunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-cimərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texnikidəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsiaparılıb.

ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusiləkonteyner daşımaları artıb, 2025-ci ildə Çin–Azərbaycanistiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötənil 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisiilə müqayisədə 37 faiz çoxdur. Bu nəticələrin əldə olunmasınaADY-nin həyata keçirdiyi işlər, o cümlədən Çinin “China RailwayContainer Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan,Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizininkişafı məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd”birgə müəssisəsinə cəlb edilməsi müsbət təsir göstərib.

Həmçinin bildirilib ki, ötən il beynəlxalq daşımalarınsəmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz LimanınınADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı Limanındarekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, buda 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Dünya Bankının regional direktoru Çarlz Kormye DB-nin ADY iləəməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADYtərəfindən Orta Dəhlizin inkişafı üzrə görülən işlərin gələcəktərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib.

Ötən
Ötən
Ötən
Seçilən
123
29
az.trend.az

10Mənbələr