Nazirlər həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar. XİN başçıları hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər. Nazirlər Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə ediblər.
* * *
12:00
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail xarici işlər naziri Gideon Saarla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib. Bildirilib ki, hazırda nazirlər arasında təkbətək görüş keçirilir.

AzVision.az