AZ

Məktəblilər üçün hüquqi maarifləndirmə təlimləri

Paytaxt məktəblərində “Suverenlik və müstəqilliyin konstitusion hüquqi əsasları” layihəsi çərçivəsində hüquqi maarifləndirmə təlimləri keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, “Avropa Hüquqşünas Tələbələr Assosiasiyası-Bakı” İctimai Birliyi (ELSA Azərbaycan) tərəfindən keçirilən təlimlərin əsas məqsədi gənc nəsli qanuna hörmət ruhunda formalaşdırmaq, gənclərin hüquqi biliklərini artırmaq, vətəndaş məsuliyyətini gücləndirmək, hüquqi savadlılığın artmasına töhvə verməkdən ibarətdir.

X–XI sinif şagirdlərinin iştirak etdiyi interaktiv hüquqi maarifləndirmə təlimləri zamanı şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyası, suverenlik anlayışı və kibertəhlükəsizlik mövzuları barədə ətraflı məlumat verilib.

Həmçinin təlimlərdə müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, təlimlər Bakı şəhəri 28, 181, 258, 335 nömrəli tam orta ümumtəhsil məktəblərində, 291 nömrəli Ekologiya liseyində, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçirilib.

Seçilən
16
1
azedu.az

2Mənbələr