AZ

Braziliyada mitinq zamanı 72 nəfəri İLDIRIM VURUB

Ajans.az El Mundo nəşrinə istinadən xəbər verir ki, hadisə ölkənin paytaxtında həbsdə olan keçmiş prezident Jair Bolsonaroya dəstək məqsədilə təşkil edilən mitinq zamanı baş verib. Güclü yağış şəraitində keçirilən aksiya zamanı ildırımın düşməsi iştirakçılar arasında panikaya səbəb olub. Təcili yardım xidmətləri ümumilikdə 72 nəfərin xəsarət aldığını bildirib. Yaralıların əksəriyyətinə hipotermiya və müxtəlif dərəcəli qançırlar səbəbindən tibbi yardım göstərilib. Bildirilir ki, ildırım vurmasından sonra yaranan təşviş və kütləvi qaçış əlavə xəsarətlərə yol açıb. Hadisə şahidlərindən biri jurnalistlərə açıqlamasında bunları deyib:
“Birdən ildırım vurdu və hamı yerə yıxıldı. Ayağa qalxıb bir-birimizə kömək etməyə başlayanda nə baş verdiyini anladıq. İnsanlar panika içində qaçırdı. Yanğınsöndürənlər və təcili yardım briqadaları artıq ərazidə idi, lakin orada çoxlu sayda insan var idi”. Qəzetin yazdığına görə, keçmiş prezidentin tərəfdarları güclü yağışa baxmayaraq Braziliya paytaxtının küçələrinə çıxaraq etiraz aksiyasını davam etdiriblər.

Seçilən
83
Ajans.az

1Mənbələr