AZ

Tramp ABŞ hegemonluğunu planlı şəkildə gücləndirir- ÖZƏL

"Trampın təklif etdiyi Sülh Şurası "qorxu və qazanc" siyasətinin yaratdığı psixoloji və emosional nəticəyə hesablanıb və heç şübhəsiz ki, hədəf heç də təkcə Qəzza deyil. BMT-ni əvəzləmək və qlobal idarəçiliyi hüquqla yox, güc yolu ilə formalaşdırmaqdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Hansı üsuldan və təhdiddən istifadə edilməsindən asılı olmayaraq, Trampın istəyi ilə BMT-ni əvəzləyən struktur yaradılması qeyri-mümkündür. Amma ki, müəyyən dövrə kimi, alternativ təəsurat effekti ola bilər. 
Trampın açıqlamasına baxmayaraq, guya dünyanı öz bildiyi kimi idarə edir və bunun ABŞ dövlət siyasəti olmadığı fikri tam yanlışdır. Onun ikinci dönüşünü əvvəlində impiçment cəhdi olsa da, Rusiyaya isti münasibətinə və NATO daxilində parçalanma riski yaratmasına rəğmən, Trampa qarşı real məhdudiyyətlər tətbiq edilmir. Bu da göstərir ki, Tramp dövlətin strateji xəttindən kənara çıxmır, əksinə, ABŞ hegemonluğunu planlı şəkildə gücləndirir.
Tramp özünü həmin Sülh Şurasının sədri və veto hüququnu yalnız ABŞ prezidentinin səlahiyyəti kimi təqdim edir. Əslində, dünyada gücün haqqı beynəlxalq hüquq kimi formalaşdırılmışdı. Trampın yeritdiyi güc isə həmin zor hüququnun çılpaq modelidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
olaylar.az

1Mənbələr