AZ

Avstraliyada müəllim şagirdindən uşaq DÜNYAYA GƏTİRİB

Ajans.az xəbər verir ki, bu barədə ABC News məlumat verib. Qərbi Avstraliyanın Mandura şəhərindən olan 33 yaşlı Naomi Tekea Craig uşağa qarşı yeddi cinsi təcavüz ittihamı ilə üzləşir. Müstəntiqlər iddia edirlər ki, o, 2024-cü ildə şagirdə cinsi təcavüz edib və 2025-ci ildə onunla münasibətlərini davam etdirib. İttihamlardan biri 13 yaşından kiçik bir oğlanla bağlıdır. İttihamlarda həmçinin onun 13-16 yaşları arasında yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olduğu da iddia olunur. Bütün ittihamlar eyni şagirdlə bağlıdır. DNT testi qurbanın Craig-in uşağının atası olduğunu təsdiqləyib.

Seçilən
43
Ajans.az

1Mənbələr