AZ

İranlı aktyor Pezeşkiandan şikayətləndi: Dünyandan əzabsız getməsin!

"Neçə-neçə adam yoxsulluqdan intihar edib. Cənab Pezeşkian, - Allah ömrünü uzun eləsin, - əzabsız-əziyyətsiz dünyadan getməsin. Amma mütləq bu dünyadan əzab-əziyyətsiz gedəcək". 

"Yeni Sabah" xəbər verir ki, bunu "Instagram"da paylaşdığı videoda İranın tanınmış komediya aktyoru Əkbər Əbdi deyib. 

66 yaşlı sənətçi yarızarafat-yarıgerək videomüraciətində İran xalqının dolanışıq çətinliklərini bu cür ifadə edib:

"Uzun ömrü heç yaxşı hal deyil. Məsid Pezeşkian ailələri 1 milyon tümən bayrampulu vəd edir. Halbuki yağın kilosu 1 milyon 600 tüməndir. Tutaq ki, lap yağ aldıq, onunla nə bişirək?! Bilmirəm Allah səsimizi eşidirmi?! Allah İrana kömək esin. Nəinki İrana, o birilərinə də kömək etsin!"

Xatırladaq ki, Məsud Pezeşkian administrasiyası içilər üçün ilin 4,5 milyon tümən bayrampulu məbləği müəyyənləşdirib. Hər uşaq üçün isə 500.000 tüməndir.

 


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr