AZ

Astanada regional ekoloji sammit keçiriləcək

Astana, 26 yanvar, AZƏRTAC

Bu il aprelin 22-dən 24-dək Qazaxıstanın paytaxtı ətraf mühit və su ehtiyatları məsələlərini müzakirə etmək üçün dövlət liderlərini, ekspertləri və beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirən ilk regional ətraf mühit sammitinə ev sahibliyi edəcək.

AZƏRTAC Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, tədbirin məqsədi ətraf mühit problemlərinə birgə praktik həllər hazırlamaq üçün açıq beynəlxalq platforma yaratmaqdır.

Tədbirdə Mərkəzi Asiya ölkələrindən, Avropa İttifaqından, ŞƏT-dən və Yaxın Şərqdən təxminən 1500 iştirakçının iştirakı gözlənilir.

Sammit səkkiz əsas mövzunu əhatə edəcək: ekoloji risklərə uyğunlaşma və iqtisadi dayanıqlıq; ərzaq təhlükəsizliyi və regional ekosistemlər; təbii sərvətlərin davamlı idarə olunması; hava çirkliliyi və tullantıların idarə olunması ilə mübarizə; ekoloji ambisiyalara nail olmaq mexanizmləri; təmiz enerjiyə ədalətli və inklüziv keçid; ətraf mühit və rəqəmsal səriştələr; iqlim keçidini dəstəkləmək.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
37
azertag.az

1Mənbələr