
Fransanın xarici işlər naziri Jan-Noel Barro yanvarın 27-də Türkiyəyə səfər edəcək.Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.
Bildirilib ki, Barro səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək.
Məlumata görə, nazirlər ikitərəfli münasibətləri və mövcud beynəlxalq inkişafları müzakirə edəcək.
Qeyd olunub ki, bundan əlavə Fidan və Barro Ukraynadakı vəziyyət barədə də fikir mübadiləsi aparacaqlar.
Daşqın HəsənovMissiya.Az