AZ

İsrail XİN rəhbəri: Ermənistanla sülh regionun çiçəklənməsinə səbəb olacaq

Azərbaycanı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi üzrə Ermənistanla sülh əldə etməsi münasibəti ilə təbrik edirəm.

APA xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu, regionun çiçəklənməsinə səbəb olacaq: “Regionda əldə edilmiş nəticələr Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub. Prezident İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı. Ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Prezident İlham Əliyev Azərbaycanı irəli aparır”.

Seçilən
79
apa.az

1Mənbələr