AZ

Peçenye fabrikində yanğın - Ölən var

Yazını böyüt
Yazını kiçilt

Yunanıstanın Trikala şəhərində "Violanta" peçenye fabrikində partlayış və yanğın baş verib. Nəticədə dörd nəfər həlak olub, bir nəfər itkin düşüb.

Hafta.az xəbər verir ki, bu barədə Yunanıstanın "ERT News" telekanalı məlumat verib.

Məlumata görə, partlayışdan sonra böyük yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və cinayətkarlığa qarşı mübarizə üzrə polis idarəsinin mütəxəssisləri cəlb ediliblər. Sobaların gecə-gündüz işlədiyi fabrikdə hadisə zamanı 12-13 nəfər olub. Yanğınsöndürənlər daha əvvəl itkin düşmüş hesab edilən beş qadından 3-nün cəsədini, daha sonra isə dördüncü ölənin cəsədini tapıblar. Daha bir qadın hələ də itkin düşmüş hesab edilir.

İlkin versiyaya görə, partlayışın mümkün səbəbi fabrikdə ammonyak və propanın saxlanılması ola bilər.

"Fabrikin işçisi olan altı qadın və əsasən ehtiyat tədbiri olaraq bir yanğınsöndürən Trikala xəstəxanasına göndəriliblər. Onların ciddi xəsarətləri yoxdur. Biz, həmçinin onlara və ailələrinə psixoloji dəstək üçün Karditsa xəstəxanasından iki psixoloq da göndərmişik", - deyə Yunanıstanın səhiyyə naziri Adonis Qeorqiadis bildirib.

Yunanıstan polisinin mətbuat katibi Konstantiya Dimoqlidu qeyd edib ki, hadisə yerində çox sayda yanğınsöndürən qalır və onlar fabrik binasındakı yanğını nəzarət altına almağa çalışırlar.

Seçilən
89
hafta.az

1Mənbələr