AZ

Bu ərazidə su kəsiləcək

Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində magistral su xəttində qəza baş verib.

Bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə bağlı gün ərzində şəhərin bəzi ərazilərinin su təminatında müvəqqəti fasilə yaranacaq.

"Anlayışla qarşıladıqlarına görə, abonentlərə minnətdarlığımızı bildiririk",-məlumatda qeyd edilib.

 

Seçilən
74
11
7news.az

10Mənbələr