AZ

Bir sıra qida məhsullarının İsrailə ixracı üzrə icazələrin əldə olunması istiqamətində iş aparılır

Bakı, 26 yanvar, Günel Türksoy, AZƏRTAC

Azərbaycandan İsrailə dondurma, makaron məmulatları, alkoqollu içkilər, meyvə şirələri və digər bir sıra məhsulların ixracı üzrə icazələrin davamlılığı təmin edilib. Hazırda isə alma, armud, şaftalı, nektarin, heyva kimi bitkiçilik məhsulları və eyni zamanda, baytarlıq nəzarətində olan ərzaqlıq yumurta, balıq, ət və süd məhsullarının ixracı üzrə icazələrin əldə olunması istiqamətində intensiv iş aparılır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunan brifinqdə deyib.

Sədr müavini bildirib ki, yüksəkriskli məhsullar hesab edilən balıq kürüsü, ərzaqlıq və damazlıq yumurtanın Birləşmiş Ərəb əmirliklərinə (BƏƏ) ixracının davamlılığı təmin olunub. BƏƏ-nin nümayəndələri ilə keçirilən görüş və aparılan işlərin nəticəsi olaraq, ət və ət məhsulları, süd və süd məhsulları, dəniz məhsulları, bal və digər arıçılıq məhsulları üzrə baytarlıq sertifikatları razılaşdırılıb, həmin məhsulların, eləcə də diri iri və xırdabuynuzlu heyvanların ixracı üzrə müvafiq razılıq əldə olunub.

 

Seçilən
71
1
azertag.az

2Mənbələr